"Rusiya İran hadisələrindən sonra ABŞ-yə etibar etməməlidir" -Keçmiş kəşfiyyatçı

"Rusiya İran hadisələrindən sonra ABŞ-yə etibar etməməlidir" -Keçmiş kəşfiyyatçı
14 İyn 2025 11:05

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və İsrailin İrana hücumu fonunda Rusiya ABŞ-yə etibar etməməlidir. Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Skot Ritter özünün YouTube kanalında bildirib.


O, Moskvanın son hadisələrdən hansı nəticələr çıxara biləcəyi ilə bağlı məsələlərdən danışıb.


"Ən çox açıq-aydın görünən məsələ odur ki, ABŞ-yə etibar etmək olmaz. İran onlarla dialoq qurmağa çalışdı və nəticədə belə oldu. Bəs Rusiya niyə ABŞ-yə güvənməlidir?" ekspert bildirib.

Ritterin fikrincə, Vaşinqton hansısa ölkə ilə razılığa gəlmək istəməsindən danışanda, sadəcə olaraq, onu vurmaq üçün uyğun anı gözləyir. Eyni zamanda Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı xəbərdarlıq edib ki, İrandakı mövcud vəziyyət bütün beynəlxalq ictimaiyyət üçün sınaq olacaq.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural


Sizin reklam burada
Sizin reklam burada