Dnepr üzrə Hərbi Administrasiya şəhərin raket hücumuna məruz qaldığını açıqlayıb.
News365.az xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Zərbə nəticəsində avtoservis (STO) binası və bir neçə müəssisə ciddi şəkildə zədələnib. Hadisə yerində xilasedicilər və təcili xidmətlər çalışır, dağıntılar arasında qalan insanların ola biləcəyi bildirilir.
Məlumat dəqiqləşdirilir.