Latviyanın "Sabitlik!" Partiyasının lideri Aleksey Roslikov rus dilini dəstəkləyən sözlərinə görə Latviya Seyminin (parlament) sessiyasında iştirakdan kənarlaşdırılıb. Bu barədə Latviya dövlət televiziya və radiosunun LSM portalı məlumat yayıb.
“Rus dili bizim dilimizdir!” Deputat bunu parlamentdə sovet dövründə Latviyada həyata keçirilən ruslaşdırmanın “Linqvistik nəticələrin aradan qaldırılması haqqında” bəyannaməsinə baxılarkən rus dilində deyib.
Roslikov bu layihənin gündəliyə salınmasının əleyhinə çıxış edib. O xatırladıb ki, ölkə əhalisinin əhəmiyyətli hissəsini hər gün evdə rus dilində danışan rusdilli vətəndaşlar təşkil edir.
Siyasətçi çıxışında Latviya hakimiyyətinə rusdillilər üçün “ayrıca qapalı zonalar” yaradacaqlarını və ya valideynlərə övladlarına rus adları qoymağı qadağan edən qanun qəbul edib-etməyəcəyini də soruşub.
Tural