Rüfət Həmzəyev TELEKANAL RƏHBƏRİ OLACAQ

Rüfət Həmzəyev TELEKANAL RƏHBƏRİ OLACAQ
31 İyl 2024 19:31

AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı News365.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

Qeyd edək ki, Rüfət Həmzəyev artıq öz komandasını formalaşdırmağa başlayıb. AzTV-nin Xəbərlər proqramının bir neçə əməkdaşı Rüfət Həmzəyev ilə birlikdə çalışmaq qərarına gələrək, AzTv kanalındakı fəaliyyətlərinə son qoyublar.


Sizin reklam burada
Sizin reklam burada