ABŞ Dövlət katibi Marko Rubio, rəsmi səfəri çərçivəsində gəldiyi İsraildə Baş nazir Binyamin Netanyahu ilə birlikdə Qüdsün tarixi mərkəzində yerləşən Ağlama Divarını ziyarət edib.
News365.az xəbər verir ki, Rubioya, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də qoşulub. Onlar birlikdə divarın önündə yəhudi dini ənənələrinə uyğun olaraq dua edib və duvarın içinə kağız parçaları yerləşdiriblər.
Rubio, ABŞ-dan ayrılmadan öncə verdiyi açıqlamada, İsrailin 9 sentyabrda Qətərin paytaxtı Dohada Həmas liderlərinə qarşı həyata keçirdiyi hücumdan məmnun olmadıqlarını bildirib. O, bu məsələni İsrailli rəsmilərlə müzakirə edəcəyini, xüsusilə də hücumun atəşkəs səylərinə təsiri barədə danışılmasının vacib olduğunu vurğulayıb.
“Bu hadisə İsraillə münasibətlərimizin mahiyyətini dəyişməyəcək, amma bu mövzuda danışmaq məcburiyyətindəyik,” – deyə Rubio qeyd edib.