Reklam bazarı niyə ilbəil kiçilir, reklam menecmentliyi niyə yoxdur? – Suallara Cahid Həsənov aydınlıq gətirib

Reklam bazarı niyə ilbəil kiçilir, reklam menecmentliyi niyə yoxdur? – Suallara Cahid Həsənov aydınlıq gətirib
27 Yan 2025 12:05

Azərbaycanın reklam bazarındakı vəziyyət, bu sahədəki problemlər və perspektivlər barədə Ümumdünya Reklamçılar Assoisasiyasının üzvi, Beynəlxalq Reklam Fesfivalları qalibi, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının professoru, Roma şəhərinin Fəxri memarı Cahid Həsənov həmsöhbət olduq.

News365.az həmin müsahibəni təqdim edir:

- Cahid müəllim ötən il Azərbaycanın reklam bazarı nəylə yadda qaldı?

- Azərbaycan reklam bazarında 2024 ci ili qiymətləndirmək lazımdır. Daha doğrusu reklamın ümumi artım dinamikasını dəyərləndirmək lazımdır. Burada reklamın bir çox sahələrini ayrı-ayrılıqda müqayisə etmək lazımdır. Belə ki, respublikamızda gedən məqsədyönlü siyasət nəticəsində iqtisadi artım çox olmuşdur. Və təbii ki, bu artımda reklamlardan gələn gəlirlərdə öz əksini tapmışdır.

Ortalama bir il ərzində Azərbaycan reklam bazarının məbləği 72 -75 milyon manat civarındadır. Gələn baxaq bu reklam gəlirləri reklamın hansı sahələrində artıb. Təbii olaraq ki, hansı sektor yaxşı, əlverişli, çevik mexanizm qurubsa, məhz reklam payında onun yeri çox olur. Çox təəsüf ki, əvvələr, ilk reklam yayım vasitəsi olan  açıq havada reklam işi birinci idisə, bu artıq son illərdə cədvəl üzrə çox aşağı enməyə başladı.  Düzdür  sosial şəbəkə alt üst edim və birinciliyi əlinə alib. Lakin fərq çoxluğu bu qədər olmamalıydı. Daha dəqiq deyirəm, açıq məkanda olan reklamların ümumi həcmı ildən ilə artmaqdansa gerilədi. Bir il üçün bu günkü hesabımızla açıq məkanda reklam gəlirləri 22-25 milyon manat olmalıdır. Yəni ümumi reklam gəlirində açıq məkanda reklam gəlirləri 30% dən az olmamalıdır.

- Bəs, açıq məkan reklamında niyə bu qədər gerilik var?  

- Bunun əsas səbəbi ADRA-da (Azərbaycan Dövlət Reklam Agentlyinin yarandığı 7 il ərzində səriştəsiz iş mexanizmi qurulmasından irəli gəib. Bu quruma reklamdan xəbərləri belə olmayanlar cəlb edildi. Metropolitendə tikintidən işləyənlər belə bu sahəyə gətirilidi. Məsələn, qurumun aparat rəhbəri Aydın Bəşirov nə bilirdi reklam nədir? Bununla bağlı dəfələrlə çıxışlarımıza,  iradlarımıza isə məhəl qoyulmadı. 

Nəhayət, çox sevindirici haldır ki, bu quruma yaradıldığı gündən rəhbərlik edən Aydın İbadov bu işdən kənarlaşdırdı. Süquta doğru gedən yoldan qayıtmaq işartıları görünür. Bu qurumda son 7 il ərzində dəfələrlə çıxışlarımıza, təkliflərimizə baxmayaraq  qəti şəkildə peşəkar reklamşıların əməyindən, onlarla əməkdaşlıqdan imtina edildi. Məhz bunun nəticəsində yerli reklam şirkətlərinin fəailiyyətində geriləmə oldu, regionlarda belə yerli reklam şirkətləri tənəzzülə uğradı. Üstəlik, yerli sahibkarlara reklam yayımı üçün şərait yaradılmadığından onlar öz istehsal sahələrini genişdirə bilmədilər.

- Bu barədə bir qədər ətraflı danışa bilərsinizmi?

- Təsəvvür edin ki, regionlardakı yerli sahibkarlar üçün  paytaxtımızda bir ədəd belə olsun reklam yayımı üçün(açıq məkanda) yer ayrılmadı. Bununla bağlı bizim xüsusi konsepsiyamız var idi. Lakin, ADRA-nın keçmiş rəhbərliyi yenilikləri və təşəbbüsləri qəti qəbul etmirdi. Əslində reklam bazarında Azərbaycan brendinin formalaşmasının birinci addımının yolu elə bundan başlamalıydı. Təəsüf... Bu sahədə  intisarçılığın olması minlərələ yerli reklam firmalarımızı, orada çalışanları işsiz qoydu. Təsəvvür edin, bu gün Azərbaycanın ən ucqar rayonunda, kilometrlərlə boş olan yol kənarlarında 1-2 reklam yayım konstruksiyası quraşdırımışdı. Reklam işi ilə məşğul olmaq üçün bu qurumun regional idarələri olsa belə, onların icazə vermək hüquqları yoxdur. Məsələn, xırda bir reklam lövhəsi quraşdırmaq üçün Yardımlıdakı kiçik sahibkar Baş idarədən razılıq almalıdır. Bu sadəcə bürokratizmidir. Belə nöqsanlarl hər yerdə olub. Hətta Bakı şəhərində. Uzun zaman Bakıda bir neşə şirkət dominantlıq edib. Niyə, axı?

- Açıq məkan reklamlarında Azərbaycan dilinin tələbləri kobud şəkildə pozulurdu.  Reklam mətnləri Azərbaycan hərfləri ilə yazılsa da, kobud qüsurlara yol verilirdi.

- Ötən illərdə kommersiya reklamları tarixi binalarımızın qəsdinə durdu. ADRA 7 il ərzində bir tarixi binanın birinci mərtəbəsində yerləşən bir neçə ticarət obyektlərindən il ərzində 5-10 min reklam yayım pulu yığdığına görə həmin yerlərdə icazə pasportlarını da vermişdi. Halbuki, bu 5-10 min vəsait bu tarixi binalara görə turist axınından gələn milyonları itirirdi.

- Təbii ki, maarifləndirici tədbirlərin elmi konfransların keçirilməməsi, müxtəlif  beynəlxalq reklam festivalları ilə əlaqənin qurulmaması bu sahədə savadsızlığa da zəmin yaratdı...

 - Tamamilə doğrudur. Ən dəhşətli hal bu qurum tarixi nailiyyətimiz olan Zəfərimizlə əlaqəli heç bir tədbirin görülməməsidir Halbuki, plakat janrı kimi tanıdığımız formatda bu zəfərimizlə əlaqəli müsabiqələr keçirilməli idi. Bu müsabiqələrdə  Azərbaycan rəssamları, yazarları, fotoqrafları, reklamçıları, aktyorları, idmançıları və digər peşə sahibləri iştirak etməliydi. Amma bu günə kimə bir dənə də olsun yadda  qalacaq, insanların, xüsusilə də yeniyetmələrin beyinlərinə həkk olunacaq bir plakata rast gəlməmişik. Təəssüf ki, yeniyetmələrə böyük təsir edəcək, onların vətənpərvərlik ruhunu yüksəldəcək bir ədəd belə plakat yaranmadı. 1941-ci ildə müharibənin ilk günündə gürcü rəssamı Toidzeni  məhşur “Ana Vətən çağırır” plakatı nəinki müharibə dövründə, hətta  sovetlər birliyi dövründə öz aktuallığını saxlamışdı.Hətta indi də saxlayır. Texnoligiyanın bu qədər inkişaf etmiş olduğu bir dövrdə ADRA bu cür plakatların yaranması üçün heç bir iş görmədi? Bəlkə də bundan yaxşı plakatlara nail ola bilərdik. Məncə bu qurum yalnız reklam vergisi yığmaqla kifayətələnirdisə, bunu vergi idarəsinin tərkibində olması daha məqsədə uyğun olardı. Əgər reklam işi ilə reklamçı qurumlar, firmalar, studiyalar məşğul olsunlar ki, biz yuxarıda dediyim neqativ hallarla üzləşməyək.

Yeri gəlmişkən, ADRA-ya rəhbər təyin olunan cənab Fərhad Adıgözəlova mən Azərbaycan peşəkar reklamçıları adından bu günlərdə rəsmi müracıt etmişəm ki, Azreklam.az portalının təsis edəcəyimizlə, növbəti dövr üçün səmərəli təkliflərimizn müzakirəsi, birgə əməkdaşlıq etmək üçün bizlərlə görüş təyin edəsiniz. Cavab gözləyirəm. Ümid edirəm ki, müraciətimiz diqqətə alınacaq.

- Bəs, açıq reklamın digər sahələrində vəziyyət necədir?

- Metroda reklam işinə gəldikdə, bizim üçün ən əsas olan soaial reklamlara kifayət qədər yer ayrilir. Bu gün metroda sosial reklam həcminin çoxluğuna görə Bakımetropoliteni birinci yerdədir. Deyərdim televiziyalarıızda da sosial reklamlara geniş yer verilir.

Reklamın ən iyrənc forması sosial şəbəkələrdədir. Kim nəyi, necə istəyir yayımlayır. Bu qətiyyən düz deyil. Bir nüansı da deyim. Ümumiyyətlə reklam yayımında ciddi  ssenarilərə, rejissor işinə, poetik fikirlərə, reklam simalarına rast  gəlmirik. Kim nəyi istəyirsə, kimin vasitəsi ilə istəyirsə yayımladır.   Təyin olunmuş adam  əmtəənin həm rejissoru, həm ssenaristi, həm reklam siması, həm səs rejissoru, həm imicmeykeridir.  Bu adam əvvəl o malin üzərində atlanıb, düşür, fırlanır, standart, mənasız guya komik söz yığımından istifadə edir. Əslində bu əmtəəni nifuzdan salır. Axı nəyə görə bu formatda reklam yayimladır sahibkarlar? Bu mənə çatmır.

Yerli adlı-sanlı sahibkarlar gərək ciddi reklam sifariş versələr daha yaxşı olar. Çox təəssüf ki, onlar da buna az vəsait xərcləsinlər deyə mənasız reklamlar yayimlayirlar. Bu reklam sənayemizin inkişaf etməsinə gətirib çıxarmır. Onu da qeyd edim ki,  reklam büdcələri böyük olan reklamverici şirkətlər də sosial reklamın inkişafına dəstək verməlidirlər. Müsabiqələr keçirtməlidirlər. Marifləndirici sahələrə dəstək olmalıdırlar. Yalan reytinq göstəriciləri əsasında reklam vəsaitlərini istədiyi şirkətlərə, istədiyi yerlərə yönəltməməlidirlər. Primitiv konsertlərə reklam adı altında pulların yuyulmasına getməməlidirlər.

- Sonda daha nələrə toxunmaq istərdiniz?

- Ümumyyətlə, “Reklam haqqında” qanunu əlavə və dəyişiklər üçün biz Milli Məclisə təkliflər verməyi planlaşdırmışıq. Hansı ki, yuxarıda dediyimiz  özbaşınalıqların qanun ilə qarşısı alına bilər. Bir mütəxəssis kimi deyə bilərəm ki, vaxtilə həmmüəllifi olduğum “Reklam haqqında” qanunu bir dövr üçün yerli və xarici şirkətələrin sərbəst fəailiyyət göstərməsi üçün gözəl imkanlar açmışdı. Amma, zaman dəyişir, yeni çağırışlar meydana gəlir. Ona görə də günün tələbinə uyğun olaraq qanunvericilik də dəyişməlidir.

News365.az