Banklar üçün "Qara yanvar"

Banklar üçün "Qara yanvar"
28 Yan 2025 09:42

“Ötən ilin yanvarında Azərikard 7 saat müddətində çökmüşdü..Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı”.

Bunu News365.az -a müsahibəsində İT üzrə ekspert Osman Gündüz deyib. O xatırladıb ki, o zaman problem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyyla bağlıydı:

“Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankda xidmət dayanmışdı. Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi.

İndi Birbankın çöküşü də, hələlik 7 saatlıq çöküşünün də yanvar ayına təsadüf etməsi ümid edirəm elə təsadüfdür.

Doğurdanmı bu qurumda da hansısa bir "zamıkaniyadan" serverlər çöküb və "kadr və texnoloji support" səbəbindən restart etmək mümkün olmayıb ?

Doğurdanmı bu nəhənglikdə Kapital Bank çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil. Çox təəccüblü və düşündürücüdür”.

 News365.az