Bank kartlarına qram-qram artan inamın kilo-kilo azalma təhlükəsi

Bank kartlarına qram-qram artan inamın kilo-kilo azalma təhlükəsi
28 Yan 2025 09:33

“Bank kartlarından pulların oğurlanması elə bir hala gəlib çatıb ki, bu artıq insanların problemindən bank sektorunun probleminə çevrilir.Bank sektorunun problemi isə Mərkəzi Bankın problemidir”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu həm də dolayısı ilə DVX-nin və iqtisadiyyatı şəffaflaşdırmaq istəyənlərin digər qurumların problemidir:

“Eyni zamanda nəğdsiz ödənişləri təşviq etmək üçün böyük layihələr icra edənlərin problemidir.

Çünki insanların banka və bank kartlarına qram-qram artan inamı kilo-kilo azalma təhlükəsilə üz-üzədir.Hamı milli qəhrəmanın atası deyil ki, xüsusi diqqət görsün. Ölkədə 20 milyona yaxın bank kartı var. Odur ki, nəyin bahasına olursa olsun məsələnin kökündə dayanan səbəb və ya səbəblər müəyyən edilərək, aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var”.

News365.az