Əgər mədə yanmanız varsa, pendir və digər yüksək yağlı süd məhsulları yeməkdən çəkinməlisiniz. Çünki onlar mədənin boşalmasını ləngidə və simptomları ağırlaşdıra bilər. Bu barədə məşhur amerikalı terapevt Maykl Çiçak WelnessPulse-a açıqlamasında məlumat verib.
Həkimin sözlərinə görə, turş, qızardılmış, ədviyyatlı qidalar, o cümlədən çay, qəhvə, qazlı su və şirniyyat mədə-ezofagial reflü xəstəliyinin (GERD) kəskinləşməsinin əsas “təxribatçıları” sayılır. Bu, sinə bölgəsində yanma hissi, boğaz ağrısı və turş mayeli gəyirməyə səbəb ola bilir.
Qeyd edilib ki, pendir və qaymaq kimi bəzi yüksək yağlı süd məhsulları mədənin boşalmasını ləngitməsi elmi cəhətdən də sübut olunub. Fast food, qızardılmış ət və şokolad da oxşar təhlükə yaradır.
Mədə qıcqırması və ya yanması simptomlarını aradan qaldırmaq üçün həkim tam şəkildə taxıldan hazırlanmış çörəyə, tərəvəzlərə, qoz-fındıqlara, fermentləşdirilmiş tərəvəzlərə və canlı bakteriyalarla zəngin olan yoqurta diqqət yetirməyi tövsiyə edir.
Tural