Rafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO

Rafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO
17 Fev 2025 11:36

Azərbaycanda lisenziyalı fəaliyyətdə olan "eManat" və ya hüquqi adı ilə "Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru dəyişib.

News365.az xəbər verir ki, Rafin Bayramov elektron pul təşkilatının baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Ruslan Talıbov Qanboy oğlunu əvəz edib.

Rafin Bayramov 2014-cü ildən bu "Modenis" MMC-nin direktor müavini idi. Bayramov 2004-2010-cu illərdə "Neftçi FK"da maliyyə direktoru, 2010-2013-cü illərdə isə "Modern Hospitaliti" MMC-də direktor müavini kimi işləyib.

Xatırladaq ki, "Modenis" MMC 2012-ci ildə təsis edilib və onun 5.39 mln. manat üzərində nizamnamə kapitalı var. Şirkət "Modern Şirkətlər Qrupuna" daxildir.



Sizin reklam burada
Sizin reklam burada