Quru sərhədlər açılır? "Qırmızı körpü"də SON VƏZİYYƏT

Quru sərhədlər açılır? "Qırmızı körpü"də SON VƏZİYYƏT
25 Dek 2024 11:18

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 450 avtomobil növbə gözləyir.

News365.az xəzər TV-yə istinadən bildirir ki, məlumata görə, Samur gömrük postunda 77, “Mazımqara”da 16, “Astara”da 73, “Biləsuvar” gömrük postunda isə 5 yük maşını var. “Xanoba” gömrük postunda isə gözləyən yük avtomobili yoxdur. Sıxlıq Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda yaşanır. Orada 450 avtomobil  növbə gözləyir .

Əksər sürücülər çox vaxt Gürcüstan tərəfində yaranan problemlərə görə gözləməli olduqlarını bildirirlər.

Dövlət Gömrük Komitəsindən də “Xəzər Xəbər”ə bildirildi ki, 450 TIR-ın keçidi günün tələblərinə uyğun sutka ərzində problemsiz təmin olunur. Hazırda bu rəqəm ümumi sistemdəki göstəricidir və sıxlıq hesab edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Sizin reklam burada
Sizin reklam burada