Qonşu ölkədə Çin avtomobil salonları kütləvi şəkildə bağlanıb - SƏBƏBLƏR

Qonşu ölkədə Çin avtomobil salonları kütləvi şəkildə bağlanıb - SƏBƏBLƏR
14:40

2025-ci ildə Rusiyada 643 Çin markalı avtomobil salonu (minik və yüngül kommersiya avtomobilləri seqmentlərində) bağlanıb. Bu, əvvəlki illə müqayisədə 1,4 dəfə çoxdur. Bu barədə "Kommersant" 2 avtomobil bazarı araşdıran şirkəndən məlumat alıb.

459 avtomobil salonu açılıb ki, bu da 2024-cü illə müqayisədə üç dəfə azdır. 2025-ci ildə Çin markalı satış məntəqələrinin ümumi sayı 7% azalaraq 2600-ə düşüb və onların payı 67%-dən 64%-ə düşüb.

2025-ci ildə Çin markalı avtomobil salonlarının təxminən dördündən biri fərqli bir markaya uyğunlaşmaq üçün bağlanıb və ya rebrendinq edilib. Şirkətin məlumatına görə, yüzdən çox avtomobil satıcısı Çin brendlərinə investisiyalarından imtina etməyi və bunun əvəzinə yeni Rusiya brendlərinə (yerli yığılmış Çin avtomobilləri) diqqət yetirməyi seçib. Rusiyanın "Solaris" brendi 2025-ci ildə açılış sayına görə liderlik edib (55 avtomobil salonu).

2024-cü ildə "Hyundai" salonları ən aktiv olsa da, mütəxəssislər qeyd edirlər ki, gəlirlilik baxımından uğursuz olan "Kaiyi", "BAIC", "SWM", "FAW" və "JAC" salonları hazırda ən populyardır. Koreyanın "KGM" şirkəti ikinci yerdədir (54 salon). Li Auto 44 məkanla ilk üçlüyü tamamlayır. Ən çox salon bağlanan ilk üç brend BAIC (56 məkan), Bestune (54) və JAC (44) olub.

Ölkə.Az-ın kiçik araşdırmasında məlum olub ki, bu prosesin əsas səbəbi Rusiya avtomobil bazarında Çin brendlərinin sürətli, lakin plansız ekspansiyası və bunun ardınca yaranan gəlirlilik böhranıdır. 2022–2023-cü illərdə Qərb markalarının çıxışından sonra Çin istehsalçıları bazara kütləvi şəkildə daxil oldu, lakin 2025-ci ilə qədər məlum oldu ki, yüksək diler xərcləri, zəif brend tanınması, sürətlə dəyər itirən modellər və qeyri-sabit satış həcmləri bu salonları iqtisadi cəhətdən dayanıqsız edir. Eyni zamanda, Çin avtomobillərinə artan texniki xidmət və ehtiyat hissələri ilə bağlı risklər, rubldakı dalğalanmalar və alıcının “ucuz, amma tez köhnələn” imici ilə formalaşan psixoloji müqaviməti satışları aşağı salıb. Bu fonda dövlətin dolayı dəstəyi ilə formalaşan yerli Rusiya brendləri (faktiki olaraq Çin platformalarının lokallaşdırılmış versiyaları)dilerlər üçün daha az riskli və daha proqnozlaşdırılan modelə çevrilib. Nəticədə bazar təmizlənmə mərhələsinə keçib: zəif Çin brendləri çəkilir, satış şəbəkələri isə ya bağlanır, ya da daha az xərcli, dövlətlə uyğunlaşmış rebrendinq yolunu seçir.


Sizin reklam burada
Sizin reklam burada