Qırğızıstan Prezidentinin Azərbaycan səfəri başa çatıb

Qırğızıstan Prezidentinin Azərbaycan səfəri başa çatıb
06 İyl 2024 18:08

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

News365.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.


Youtube kanalımız

Oxşar xəbərlər