Qəzzada növbəti hücumlar: 33 nəfər öldü

Qəzzada növbəti hücumlar: 33 nəfər öldü
12:14

Bu səhər İsrailin Qəzzaya təşkil etdiyi hava hücumları nəticəsində 33 fələstinli həyatını itirib.

News365.az bu barədə NNA-ya istinadla xəbər verir.

Bildirilib ki, hücumlar zamanı məcburi köçkünlərin qaldığı çadır və evlər, eləcə də humanitar yardım gözləyənlər hədəf alınıb.

Qeyd olunub ki, Zeytun, Sabra və Nusayrat məhəllələrində bir çox mülki əhali ölüb və yaralanıb. Qəzza şəhərinin cənubunda, o cümlədən Xan Yunis bölgəsində də hava hücumları nəticəsində qadınlar və uşaqlar həlak olub. 


Sizin reklam burada
Sizin reklam burada