Azərbaycanın Ermənistan qarşısında qoyduğu əsas tələblərdən biri də Konstitusiyada dəyişikliyin edilməsidir. Rəsmi İrəvan isə son zamanlar referendumun keçiriləcəyini istisna etmir. Bu, erməni cəmiyyətində narazılıqla qarşılanır. Xüsusən də radikallar, revanşistlər Azərbaycan ərazilərinə olan iddialardan əl çəkmək istəmirlər. Hansı ki, bu Konstitusiyada əks olunub.
Məsələn, Ermənistan Milli Assambleyasının müxalifət fraksiyasından olan deputatı Anna Mkrtçyan 24TV telekanalının efirində çıxışı zamanı deyib ki, belə bir gediş onlar üçün arzuolunmaz sayılır. Paşinyan isə sadəcə tələbləri yerinə yetirir. Amma yalandan prosesləri öz adına çıxır.
"Paşinyan prosesləri elə göstərməyə çalışır ki, guya Konstitusiyada olacaq dəyişiklik məsələsi bizim daxili işimizdir. Yəni burada Azərbaycanın tələbi məsələsi müzakirə mövzusu deyil. Şübhəsiz ki, altı aydan sonra Nikol gəlib bizə belə deyəcək: “Bilirsinizmi, 350 min azərbaycanlının Ermənistana gəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin planı deyildi, mənim ideyam və ya planım idi. Çünki bu bizim daxili gündəmimiz idi”, - deputat əlavə edib.
Tural