Qəbul imtahanında “əvəzçi” oyunu ifşa edildi – DİM ciddi tədbirlər görəcək

Qəbul imtahanında “əvəzçi” oyunu ifşa edildi – DİM ciddi tədbirlər görəcək
26 May 2025 10:20

Dövlət İmtahan Mərkəzi ötən gün ilə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirib. 

News365.az xəbər verir ki,  50 mindən çox abituriyentin qatıldığı imtahan zamanı iştirakçılardan biri əvəzinə başqa bir şəxsi göndərməyə cəhd edib. 

Lakin nəzarətçilərin çevik reaksiyası bunun həyata keçməsinə imkan verməyib.

DİM-in əməkdaşları tərəfindən saxtakarlıq edən şəxs yerindəcə müəyyən olunaraq imtahan zalından uzaqlaşdırılıb. 

Bildirilib ki, məsələyə dərhal hüquqi qiymət veriləcək və həm öz yerinə başqasını göndərməyə cəhd edən abituriyent, həm də onun yerinə gələn şəxs barəsində araşdırma aparılacaq. 

Qeyd edək ki, qayda pozanların nəticələri tamamilə ləğv olunur və onlar ikinci cəhd imtahanına buraxılmırlar.


Sizin reklam burada
Sizin reklam burada