Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materialların emalına başlanılacaq.
Bu barədə DİM-dən məlumat verilib.Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.