Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News365.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağköynək kəndi ərazisində məişət tullantılarını urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyatı şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb