Qatar yolunda nəqliyyat hadisəsi baş verib – maşınlara ciddi ziyan dəyib
News365.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində qatar yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə zamanı qarşıda hərəkətdə olan bir avtomobil dayanıb, arxadan gələn digər nəqliyyat vasitəsi isə həmin maşına çırpılıb və nəticədə qatarla toqquşma baş verib.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi texniki ziyan dəydiyi bildirilib. Hadisə yerinə operativ olaraq müvafiq qurumlar cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.