Qarlı hava su təchizatına təsir etməyib - RƏSMİ

Qarlı hava su təchizatına təsir etməyib - RƏSMİ
12:03

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, sayğaclarda baş verən donvurma və ya digər nasazlıqlarla bağlı 955 Çağrı Mərkəzinə, eləcə də aidiyyəti şöbələrə hər hansı müraciət daxil olmayıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib.

Bildirilib ki, hazırda su təchizatı və kanalizasiya sistemlərində şaxtalı hava şəraiti ilə əlaqədar ciddi problem qeydə alınmayıb, xidmətlər adi rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, ADSEA bundan əvvəl qış aylarında su sayğaclarının və açıq hava şəraitində yerləşən boru xətlərinin donmadan qorunması üçün abonentlərə çağırış edib, qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə etmişdi.


Sizin reklam burada
Sizin reklam burada