Qaregin müharibə arzusundadır: "Ordunu gücləndirin!"

Qaregin müharibə arzusundadır: "Ordunu gücləndirin!"
28 Yan 2025 10:40

"Ermənistanın üzləşdiyi ən ciddi təhlükəsizlik çağırışları kontekstində ordunun gücləndirilməsi son dərəcə vacibdir".

Bu fikri bütün ermənilərin katolikosu II Qareginin Ordu Günü münasibətilə xalqa müraciətində səsləndirib.

“Dövlətçiliyimizin və erməni xalqının hüquqlarının müdafiəsində Ermənistan ordusunun rolu və xidmətləri əvəzsizdir”, - katolikos vurğulayıb.

II Qaregin qeyd edib ki, hərbi qulluqçuların cəsarətli xidmət və şücaətlərinin möhkəm təməli həmişə Vətən sevgisi, milli dəyərlərə sədaqət olub və bu belə də qalır. Hərçənd, 44 günlük müharibə zamanı işğalçı ordunun nə cəsarətli xidmətini, nə də şücaətini müşahidə etdik. Ermənistan Müdafiə Nazirliyinin "taktiki geri çəkilmə" adı verdiyi fərariliklər və digər neqativ hallar bu gün də yerli mediada müzakirə olunur. Bütün ermənilərin katolikosu revanşist xəyallara dalıb və bu səbəbdən ordunun gücləndirilməsini tələb edir. Görünür Qaregin də dəmir yumruq üçün darıxıb...

Qeyd edək ki, Ermənistan 28 yanvarı Ordu Günü kimi qeyd edir. 1992-ci ilin yanvarın 28-də, Vazgen Sarkisyan müdafiə naziri təyin olunandan az sonra Ordu Günü ilə bağlı qərar qəbul edilmişdi. Eyni zamanda həmin vaxt milli ordunun yaradılması elan edilmişdi. İrəvan onilliklər ərzində- Qarabağ işğalda qalarkən bu günü bayram kimi geniş miqyasda qeyd etsə də, 2020-ci ildə ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistan Ordu Gününü bayram kimi qeyd etmir.

Tural


Sizin reklam burada
Sizin reklam burada