Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
News365.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
İcazə verin, ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Qambiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan Respublikasının xeyirxah xalqına qardaşlıq salamlarımı və səmimi təbriklərimi çatdırım.
Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə təbrik etmək mənim üçün şərəfdir. Bu əlamətdar bayram xalqın taleyini müəyyən etməyə imkan verən, ölkənin suverenliyini və müstəqilliyini təcəssüm etdirən tarixi bir gündür.
Fürsətdən istifadə edərək, ölkənizin sosial-iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyimi bildirirəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün uğurla inkişaf edən bir ölkədir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.