Son günlər məcburi
köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə
Bəkirqızı yenidən “Space TV”-yə qayıdıb. Bu barədə jurnalistə yaxın mənbələr məlumat
yayıb.
Xatıqladaq
ki, Səidə Bəkirqızı məcburi köçkünlərlə bağlı səsləndirdiyi təhqiramiz fikirlərə
görə sentyabrın 8-də işə başladığı “Space TV”dən cəmi bir həftə sonra qovulub.
Eyni zamanda S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb.
Bundan əlavə,
Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi
şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək
ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi
üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.
Bütün
bunlardan sonra Səidə Bəkirqızının yenidən “SpaceTV”- yə qayıtması xeyli təəccüb
və sual doğurur.
News365.az