PYD-dən Öcalanın çağırışına cavab...

PYD-dən Öcalanın çağırışına cavab...
27 Fev 2025 21:45

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslümdən cavab gəlib.


News365.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.


Qeyd olunub ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.


"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.


Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa

çağırıb.



Sizin reklam burada
Sizin reklam burada