Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb

Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb
20:15

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşünü tamamilə mümkün adlandırıb.

News365.az TASS-a istinadən verdiyi xəbər verir ki, Rusiya lideri bunu Belarusun paytaxtı Minskə səfərinin yekunları üzrə jurnalistlərlə söhbətində deyib.

"Beləliklə, ümumilikdə görüş tamamilə mümkündür və biz onu məmnuniyyətlə hazırlayacağıq", - Putin bildirib.

O, həmçinin qeyd edib ki, Tramp səmimi şəkildə Ukrayna ilə müharibənin həllinə kömək etməyə çalışır.

"Onun ölkə daxilində, Yaxın Şərqdəki vəziyyətlə bağlı gördüyü işlər və Ukrayna böhranının həlli (Rusiya-Ukrayna müharibəsi - red) üçün göstərdiyi səylər - biz əlbəttə bunların hamısını çox yüksək qiymətləndiririk. Mən bunu artıq demişəm və indi də açıq şəkildə demək istəyirəm: İnanıram ki, Prezident Tramp səmimi şəkildə problemi Ukrayna yolunda həll etməyə çalışır", - Rusiya Prezidenti vurğulayıb.

Putin Trampa böyük hörmətlə yanaşdığını vurğulayıb.

"Mənim ABŞ-nin hazırkı prezidentinə böyük hörmətim var. O, hakimiyyətə və Ağ Evə qayıtmaq üçün çox uzun, çətin və təhlükəli yol keçib. O, cəsarətli insandır, bu aydındır", - Rusiya lideri deyib.


Sizin reklam burada
Sizin reklam burada