Rusiya Prezidenti Vladimir Putin xarici qonaqları qəbul etmək də daxil olmaqla, əsas tədbirlərə gecikmək vərdişini dəyişməyib.
News365.az xəbər verir ki, CNN müxbiri Alaina Treen öz mənbələrinə istinadən bildirib ki, Ukrayna ilə bağlı “sülh planı”nı müzakirə etmək üçün bir gün əvvəl Moskvaya səfər edən ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Kremldə gözlədiliblər.
“Politico”nun məlumatına görə, Putinin Uitkoff və Kuşnerlə görüşü təxminən üç saat gecikib. Sonrakı beş saatlıq danışıqlar sülh prosesinin irəliləməsində təsirsiz olub.
“Kreml üçün əsas məsələ olan ərazi məsələsində "heç bir kompromis tapılmayıb",- Putinin köməkçisi Yuri Uşakov bildirib.