Putin Kiyevin NATO yolunu kəsməyə həmişəkindən daha yaxındır -"AP"

Putin Kiyevin NATO yolunu kəsməyə həmişəkindən daha yaxındır -"AP"
20 Fev 2025 10:50

Rusiya prezidenti Vladimir Putin Moskva və Vaşinqton arasında Ər-Riyadda keçirilən danışıqlarda Ukraynadakı müharibənin əsas məqsədlərindən biri kimi qeyd edilən Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almağa həmişəkindən daha yaxındır. Bu barədə Associated Press (AP) yazıb.

“İndi yüksək səviyyəli Rusiya və Amerika rəsmilərinin yenidən danışıqlar aparması və gözlənilən sammitin əsasını qoyması fonunda Putin Moskvanın Ukrayna ərazisinin təxminən beşdə birində əldə etməsi ilə bağlı nailiyyətlərini möhkəmləndirməyə yaxındır. Həmçinin Kiyevin NATO-ya üzv olmasına mane olmağa da həmişəkindən daha yaxın görünür”, -məqalədə yazılıb.

Məqalədə o da qeyd olunub ki, Donald Tramp Vladimir Putinlə danışaraq və sıx əməkdaşlığa razılaşaraq Rusiyanın təcrid olunması məsələsində ABŞ-nin siyasətini kəskin şəkildə dəyişib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada