Putin dost və düşmən saydığı dövlət başçılarının adlarını AÇIQLADI

Putin dost və düşmən saydığı dövlət başçılarının adlarını AÇIQLADI
30 Dek 2024 15:30

Rusiya prezidenti Vladimir Putin artıq üçüncü ildir ki, Amerika prezidenti Co Baydenə və digər Qərb ölkələrinin liderlərinə Yeni il təbriki göndərmir.

News365.az xəbər verir ki, Vladimir Putin onları Rusiyaya dost olmayan dövlətlər hesab edir.

Putin bu dəfə də ənənəvi olaraq dekabrın son günlərində xarici həmkarlarını Yeni il və Milad bayramı münasibətilə təbrik edir. Bu gün - dekabrın 30-da Kreml Rusiya Federasiyasının prezidentindən belə teleqramlar almış liderlərin siyahısını dərc edib.


Onların arasında Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və Rusiyaya dost olmayan digər böyük dövlətlərin liderləri yoxdur.
 

Bundan başqa, siyahıda beynəlxalq təşkilatların və aparıcı idman federasiyalarının rəhbərlərindən də heç biri yer almayıb
 

Putin aşağıdakı dövlət rəhbərlərini təbrik edib:
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Luis Alberto Arse, Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasio Lula da Silva, Macarıstanın Baş naziri Viktor Orban, Venesuela Respublikasının Prezidenti Nikolas Maduro, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam, Vyetnam Sosialist Respublikasının Prezidenti Lương Kyong, Hindistan Respublikasının Prezidenti Draupadi Murmu, Hindistan Respublikasının Baş naziri Narendra Modi, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Şimali Koreya Respublikasının Prezidenti Kim Çen In, Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Bermudes, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisulit, Monqolustan Prezidenti Uxnaqiyn Xurelsux, Myanma Respublikasının Baş naziri Min Aunq Hlain, Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa, Roma Papası Fransisk, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa.

Putin separatçı “Cənubi Osetiya Respublikası”nın prezidenti Alan Qaqloyevi də təbrik edib.

Bundan başqa, Putin bir sıra xarici dövlətlərin və hökumətlərin keçmiş başçılarına, o cümlədən Raul Kastroya (Kuba), Robert Köçəryana və Serj Sarkisyana (Ermənistan), Nursultan Nazarbayevə (Qazaxıstan), Gerhard Şröderə (Almaniya) təbrik teleqramları göndərib.

 


Youtube kanalımız