Rusiya Prezidenti Vladimir Putin Ankoricdə baş tutmuş Rusiya–ABŞ sammitinə dair öz qiymətləndirmələrini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bölüşüb.
News365.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti telefon danışığı zamanı həmçinin Ukrayna nümayəndələri ilə İstanbulda aparılan danışıqlarda Türkiyənin göstərdiyi dəstəyi qeyd edib.
Liderlər həmçinin iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafını müzakirə ediblər. Məlumatda bildirilir ki, gündəlikdəki digər aktual məsələlər də müzakirə olunub və şəxsi əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
News365.az