Ukraynaya məxsus pilotsuz uçuş aparatları növbəti dəfə Rusiya ərazisində əməliyyatlar həyata keçiriblər. PUA-nın Novorossiyskdəki “Kristal” yaşayış kompleksinə dəhşətli hücum anı videoya çəkilib. Müvafiq kadrları SHOT Telegram kanalı yayıb.
Hücum nəticəsində 4 nəfərin yaralandığı qeyd edilir. Məlumata görə, iki böyük və iki uşaq xəsarət alıb. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Həmçinin Novorossiyskdə üç çoxmərtəbəli bina və taxıl terminalında üç anbar çəninə də ciddi ziyan dəyib. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Telegram kanalında bildirib ki, yanğınsöndürənlər terminalda baş verən yanğını söndürürlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural