İspaniyada böyük bir fasilədən sonra elektrik sistemi normal şəkildə işləməyə başlayıb. Bu barədə ölkənin elektrik şəbəkəsi operatoru Red Electrica-nın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Elektrik sisteminin işi normallaşdırılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, dünən İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb.
İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.
Tural