Polşada hərbi poliqonda PARTLAYIŞ: Yaralananlar var

Polşada hərbi poliqonda PARTLAYIŞ: Yaralananlar var
15:18

Polşanın paytaxtı Varşavanın Rembertov rayonunda hərbi poliqonda partlayış baş verib, nəticədə iki nəfər yaralanıb.

Bu barədə "Polsat News" məlumat yayıb.

Hadisə yerinə hərbi jandarma və istehkamçılar cəlb olunub. Partlayışın səbəbləri hələ araşdırılır.

Yaralanan şəxslərin poliqona qadağalar olmasına baxmayaraq daxil olan iki mülki şəxs olduğu bildirilir.

Onlardan biri təxminən 50, digəri isə 30 yaşındadır. Hər iki şəxs ağır yaralanıb və vəziyyətləri ağır qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada