Pezeşkian Belarusa səfər edəcək

Pezeşkian Belarusa səfər edəcək
23 İyl 2025 16:34

İran Prezidenti Məsud Pezeşkian yaxın zamanda Belarusa səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin Belarus Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə Minskdə jurnalistlərə bildirib.

Belarus KİV-lərinin yaydığı məlumata görə, İran Prezidentinin qarşıdakı səfəri ikitərəfli layihələrin, o cümlədən humanitar sahədə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək.

"Bir sıra Qərb dövlətlərinin birtərəfli yanaşmalara can atdığı hazırkı geosiyasi vəziyyətdə Belarus və İran ədalətli və çoxqütblü dünya nizamını birlikdə qurmaq niyyətini təsdiqləyiblər", - Ə.Bağerzadə əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada