Xəbər verdiyimiz kimi, günorta saatlarında Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi hadisə anının görüntülərini yayıb.
Qeyd edək ki, Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində baş verən qəza nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.
***
Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.