Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın həbs təhlükəsi altında olduğu deyilir.
Hakimiyyət isə ölkədə çevrilişə planlarının ifşa olunduğunu bəyan edir. Artıq Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb. Baqrat artıq 2 aylıq həbs olunub.
Yerli mediaya açıqlama verən "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan isə ölkəsində yaranan qarışıq siyasi durumdan gileylənib. O, deyib: “Ermənistanda şok dalınca şok yaşanır. Bu, təkcə Baqrat həzrətlərinə qarşı həyasız və cinayətkar kampaniyanın bir hissəsi kimi deyil, həm də Kilsəyə qarşı edilir. Bu proseslər Türkiyə və Azərbaycanda bəyəniləcək. Nə ki, bu iki ölkənin xoşuna gələcək, onları Nikol Paşinyan etməlidir. Ermənistan hər gün yaşanan şok vəziyyətindən çıxa bilmir. Nikola və onun əcnəbi ağalarına böyük xaosa və böyük təlatümlərə, bizim isə böyük dəyişikliklərə, böyük sabitliyə və böyük həmrəyliyə ehtiyacımız var”.
Tural