Ermənistan mayın 28-ni Birinci Respublika Günü kimi qeyd edir. Bu gün ölkənin dövlət və siyasi xadimləri Sardarapat Memorial Kompleksini ziyarət edirlər. Ermənistan Respublikasının baş nazirinin əraziyə gəlişi isə səhər saat 10:00-a planlaşdırılıb.
Yerli medianın yazmasına görə ərazidə xeyli təhlükəsizlik tədbirləri görülür. "Mamul" nəşri və digər saytlar yüzlərlə polis və xüsusi mühafizə xidməti əməkdaşlarının yollara yerləşdirilməsini absurd qərar adlandırıb. Çünki Paşinyanla bağlı bu ilbəil artan təhlükəsizlik tədbirləri onu xalqdan qorxan liderə çevirir.
"Hətta əsas yola şlaqbaum qoyulub. Bir zamanlar velosipedlə xalq içinə çıxan baaş nazir indi nədən və ya kimlərdən qorxur? Sui-qəsd ehtimalı artırmı?",- müxalifətə yaxın saytlar yazıb.
Tural