Paşinyan bəyan etdi: “Bu əraziləri Azərbaycana verməyəcəyik”

Paşinyan bəyan etdi: “Bu əraziləri Azərbaycana verməyəcəyik”
26 Yan 2025 10:53

Delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturu Azərbaycan nəzarətinə keçməyəcək.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli kanala müsahibəsində deyib.“Delimitasiya nəticəsində bizim strateji infrastrukturlarımız başqa ölkənin ərazisində qala bilməz”, – o bildirib.Qeyd edək ki, şərti sərhədin şimal hissəsində delimitasiya nəticəsində Ermənistanın Gürcüstana yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir.