Paşinyan: “Delimitasiyadan imtina eskalasiyaya səbəb olacaq“

Paşinyan:  “Delimitasiyadan imtina eskalasiyaya səbəb olacaq“
18 Apr 2024 11:36

Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.

News365.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kiranç kəndinin sakinləri ilə görüşündə deyib.

“Əgər biz bu addımları atmasaq, bölgəmizdə daha bir partlayış olacağına zəmanət verirəm”, - İrəvan rəhbəri qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan bundan öncə kənd sakinlərini təşvişə düşməməyə çağırmışdı. O qeyd edib ki, "Hakimiyyət istəyir sərhədyanı kəndlərdə yaşayanlar Azərbaycanın (Sərhədçilərimizi nəzərdə tutur-red.) Ermənistanın sərhəd kəndlərinə daha da yaxınlaşmasından qorxmasınıar". 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər