"Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb.
News365.az xəbər verir ki, proqramın qonağı olan meyxanaçı Oqtay Kamil efirdə yaxın dostu, mərhum söz ustası Xəyyam Əhmədlinin ifa etdiyi mahnıları eşidib və onun görüntülərini izləyib.
Studiyada nümayiş olunan kadrlar Oqtayı kövrəldib. O, göz yaşlarını saxlaya bilməyərək duyğusal anlar yaşayıb.
"Dost itkisi ağırdır. Bir gün görüşəcəyik..." sözlərini səsləndirən sənətçi hisslərinə hakim ola bilmədiyi üçün studiyanı tərk edib.
Canlı efirdə baş verən bu məqam izləyiciləri də təsirləndirib. Sosial şəbəkələrdə proqramdan yayılan görüntülər geniş müzakirə olunub, istifadəçilər mərhum meyxanaçını rəhmətlə anaraq Oqtay Kamilə dəstək mesajları yazıblar.
Qeyd edək ki, Oqtay Kamil və Xəyyam Əhmədli uzun illər dostluq münasibətləri ilə tanınıblar və eyni məclislərdə, tədbirlərdə birgə çıxış ediblər.