Türkiyədə bir vətəndaş etdiyi oğurluqla gündəm olub.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə, İstanbulun Silivre rayonunda yaşayan qohumuna aid avtomobili oğurlayıb.
Oğurluqdan sonra at fermasında gizlənən Tayyip.F-i saxlayan polislər onu maşına aparıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətsizliyindən istifadə edən şübhəli, bu dəfə onların avtomobilini oğurlayaraq hadisə yerindən qaçıb.
Polis maşını Okmeydan deyilən ərazidə tərk edilmiş halda tapılıb. Hazırda Tayyip.F-in axtarışları davam edir.
Qeyd edək ki, Tayyip.F qohumunun maşınını oğurladıqdan sonra onu idarə edərkən video da çəkib. Videoda qohumundan üzr istəyən şübhəli ona üçün maşına pul qoyduğunu deyib.
Həmin görüntüləri təqdim edirik: