Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri Vüqar Qurbanovun vəzifəsindən kənarlaşdırılmasından sonra onun bu sferadakı yaxın çevrəsi barədə də söz-söhbətlər səngimək bilmir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da işdən çıxarılıb.
News365.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, uzun illər ölüm halları ilə ad çıxaran tibb mərkəzinin xanım direktoru işdən çıxarılmayıb, N.Bəşirova vəzifəsinin icrasını davam etdirir.
Qeyd edək ki, fevralın 16-da "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.