Ermənistanda kriminogen durum hər ötən il daha da pisləşir. Yerli media yazır ki, cinayətkarlığın səviyyəsi ölkə əhalisinin sayına nisbətdə inanılmaz dərəcədə artıb.
“Joğovurd” qəzeti yazıb: “Açıq statistik mənbələrdən öyrəndik ki, Ermənistanda son 3 ayda 11 min cinayət hadisəsi qeydə alınıb. Onlardan 868-i xüsusilə ağırdır. Bu, Ermənistan əhalisi üçün qorxulu statistika ola bilər".
Qeydə alınan 11 mindən çox cinayətin 1398-i ağır cinayət sayılıb. Bu da arzuolunmaz fakt və staistikadır.
Rəsmi məlumata görə, yanvar-mart ayları ərzində Ermənistanda 24 qətl, 18 adam öldürməyə cəhd və 25 cinsi zorakılıq faktı qeydə alınıb: "Cari ilin birinci rübündə 546 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması faktı qeydə alınıb, onlardan 45-i ölümlə nəticələnib. Ən çox cinayət İrəvanda olub – 5017 hadisə. Ən az isə Vayots Dzorda qeydə alınıb – 198 hadisə".
Tural