Odessada hərbi komissarlıqda partlayış olub

Odessada hərbi komissarlıqda partlayış olub
19:20

Odessa Ərazi Komplektləşdirmə Mərkəzlərindən birində partlayış baş verib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.

İlkin məlumata görə, bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb. Polis hadisə yerində təhqiqat aparır.

Öz növbəsində, bir sıra Ukrayna KİV-ləri iddia edir ki, partlayış qumbaranın partladılması nəticəsində baş verib. Qeyd olunur ki, döyüş sursatını çağırışçılardan biri işə salıb, nəticədə 42 yaşlı kişi həlak olub.


Sizin reklam burada
Sizin reklam burada