Müğənni Nüşabə Ələskərli illər əvvəl başına gələn hadisəni bölüşüb. O bildirib ki, 1997-ci ildə şəhərin mərkəzində, zaks idarəsinin və gözəllik salonlarının yaxınlığında yerləşən böyük ərazidə yerləşən bir şadlıq evini almaq istəmiş, lakin anasının razılığı ilə qarşılaşmamışdı:
“30 yaşım var idi. Pulum da var idi. O vaxt ikiotaqlı evdə yaşayırdım, dedim, şadlıq evi daha yaxşıdır. Anama dedim, razı olmadı. Axırda dinləmədim, pulunu verdim, aldım. Amma anam uşaqların atasına xəbər elədi. Gəlib böyük dava saldılar. Nəticədə o şadlıq evini ala bilmədim, verdiyim pul da batdı”.
Sənətçi deyib ki, həmin ərazi sonradan tamamilə dəyişib, yerində çoxmərtəbəli binalar inşa olunub:
“İndi həmin yerin yanında dörd bina var. Əgər o vaxt o şadlıq evini alsaydım, bu gün o binalardan mənim də payım olacaqdı. Biznesimi də inkişaf etdirəcəkdim. Amma qoymadılar…”
Nüşabə Ələskərli bu hadisəni illər sonra xatırlayaraq, əldən verdiyi fürsətin ona necə təsir etdiyini bölüşüb.