Əməkdar artist Nüşabə Ələsgərli peşmanlığından danışıb.
News365.az xəbər verir ki, Müğənni "Qonaqcanlı" verilişində repertuarında olan mahnıları qeyri-peşəkar oxuduğunu deyib. O bildirib ki, buna səbəb toy məclisinə çox getməsi olub:
"İlk illərdəki Nüşabə ilə rastlaşsaydım, deyərdim, mahnını yaxşı öyrən, studiyaya gedəndə yaxşı oxu. Tələsik oxuyub qaçma. 200 mahnı oxumuşam, amcaq 2 dənəsi xoşuma gəlir. Hamısını zay etmişəm. Çünki ciddi yanaşmamışam.
30 günün 30-nu da axşam evdə olmamışam. Gecə yorğun 2-də evə gəlmişəm. Rayonlara gedəndə səhərəyaxın evə qayıtmışam. Yatıb, günorta 2-də oyanıb salona gedib, bəzənib yenə toya yollanmışam. Əlbəttə, bu, təsir edib. Arada boş vaxtım olanda da mahnı oxumuşam. Gərək studiyaya gedən günü toy yazdırmazdım. Mahnını qəşəng öyrənib gedərdim. Mahnını öyrənəndə ürəyini qoyursan".