Nura Suridən nazirliyə KƏSKİN ETİRAZ

Nura Suridən nazirliyə KƏSKİN ETİRAZ
20 Sen 2024 15:51

"Sənət əhli niyə kimnənsə qorxmalıdır, rüşvət verməlidir axı?"


News365.az xəbər verir ki, bunu müğənni, bəstəkar Nura Suri öz sosial şəbəkəsində paylaşıb. O, Mədəniyyət Nazirliyinə kəskin etirazını bu formada dilə gətirib:


"İllərdir mövcud olan problemi xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır neçə vaxtdır. Onlara qoşulub yaşadıqları haqsızlığa göz yummayan xanəndə və müğənni görmürəm. Halbuki hamı şikayətçidir, lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimnənsə qorxmalıdır, rüşvət verməlidir axı? 


Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və sai pul da xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursuz?!"


Youtube kanalımız

Oxşar xəbərlər