Nigar Camal qızına sürpriz hazırladı

Nigar Camal qızına sürpriz hazırladı
01 Apr 2024 14:12

Müğənni Nigar Camalın qızı Jasminin bir neçə gün əvvəl 18 yaşı tamam olub.

News365.az xəbər verir ki, bu münasibətlə sənətçi qızına doğum günü sürprizi hazırlayıb. O, qızı üçün ondan xəbərsiz şənlik təşkil edib. Nigar Camal gecədə çəkilən kadrları instaqramda paylaşıb.

"Jasmin, 18 yaş günün mübarək! Nə qədər səni sevirəm desəm də, mən səni həmişə ondan çox sevirəm. 18 yaş yalnız başlanğıcdır. Ulduzlara çatmağa davam et, balam və parıltını heç vaxt söndürmə", - artist paylaşdığı videoda qeyd edib.

 

 


Sizin reklam burada
Sizin reklam burada