News365.az yazdı: Problem həll olundu - FOTO

News365.az yazdı: Problem həll olundu -  FOTO
19 Apr 2024 08:40

Ötən gün “Zabrat yolunda dəhşət saçan mənzərə üçün kim cavabdehdir?”  başlıqlı yazız dərc etmişdik. Yazıda  Sabunçu rayonu Zabrat qəsəbəsindəki mərkəzi yoldakı problem diqqətə gətirilmişdi. Beləki, yolun ortasındakı baxış qapağı xeyli müddət idi ki, açıq qalmışdı. Yolda isə sürət həddi kifayət qədər yüksəkdir. Bu da ərazidə qorxunc avtoqəza qaçılmaz edirdi.

Məsələ ilə bağlı ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli faktı diqqətə aldı. Bir neçə saat sonra isə News365.az-a bildirdi ki, problem aradan qaldırılıb:

“Yoldakı baxış qapağı yenisi ilə əvəz olunub və ətrafı səhmana salınıb”

Anar Nəcəfli ərazidən çəkilmiş ən son fotolorı da saytımıza təqdim etdi.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
News365.az yazdı: Problem həll olundu -  FOTO
News365.az yazdı: Problem həll olundu -  FOTO

Oxşar xəbərlər