“Neftçi” Polşada ilk yoxlama matçını keçirib

“Neftçi” Polşada ilk yoxlama matçını keçirib
17 İyl 2025 22:45

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığını Polşada davam etdirəm “Neftçi” klubu ilk yoxlama matçını keçirib.

News365.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.

Qeyd edək ki, paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada