Naxçıvanda mikroavtobus qəzaya uğradı: yaralılar var

Naxçıvanda mikroavtobus qəzaya uğradı: yaralılar var
15 İyn 2025 18:30

Naxçıvanda mikroavtobus dərəyə aşıb.


News365.az Report-a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.


Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı "Mersedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada